“20 ildə topladığımız təcrübə bizə kömək edəcək” - DİM sədri

“20 ildə topladığımız təcrübə bizə kömək edəcək” -    DİM sədri
  27 Dekabr 2019    Oxunub:2982
“Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək”.
Azvision.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

“Bu, yeni bir sahədir. Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz prosesə qoşulacaqlar. Şəffaflığın təmin olunmasında təkcə bizim idarə heyəti yox, bütün bu prosesə müşahidə edən şura nəzarət edəcək. Bizim hər bir addımımız ictimaiyətə çatdırılacaq”, - deyə M.Abbaszadə vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DİM   Yüksəliş  





Xəbər lenti