Londondan İslamabada uçan təyyarə Bakıda təcili eniş etdi

  27 Dekabr 2019    Oxunub : 2532
 Londondan İslamabada uçan təyyarə Bakıda təcili eniş etdi
“British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçuş həyata keçirən “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarı verib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Azvision.az -a verilən məlumata görə, yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir. Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər.

Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala və hava limanının otelində istirahət etmək və yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.

Azvision.az

Teqlər: Təyyarə