Reper polisə tabe olmadığı üçün həbs edilib - RƏSMİ

  27 Dekabr 2019    Oxunub : 2296
 Reper polisə tabe olmadığı üçün həbs edilib - RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) reper Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-in sorğusuna cavab olaraq bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Azvision.az

Teqlər: DİN   Reper