Ramil Usubovun oğluna yeni vəzifə verilib

  27 Dekabr 2019    Oxunub : 2916
 Ramil Usubovun oğluna yeni vəzifə verilib
Daxili işlər orqanlarında yeni təyinat olub.

Azvision.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik Raul Usubov Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, Raul Usubov sabiq Daxili İşlər naziri, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun oğludur. Raul Usubov bu təyinata qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışıb.

Azvision.az

Teqlər: DİN   Polis   Ramil-Usubov