YAP bugünkü iclasla bağlı açıqlama yaydı - Yenilənib

YAP bugünkü iclasla bağlı açıqlama yaydı -  Yenilənib
  27 Dekabr 2019    Oxunub:12201
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası ilə bağlı açıqlama yayıb.
YAP-dan Azvision.az -a daxil olan açıqlamada bildirilib ki, dekabrın 27-də partiyanın İdarə Heyətinin iclası keçirilib:

İclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədləri müzakirə edilib və təsdiq olunub.

***
(12:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

Azvision.az -ın məlumatına görə, iclasda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək partiya namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunub. İclas bir saatdan çox davam edib.

Gün ərzində hakim partiyanın deputatlığa namizədlər siyahısının açıqlanacağı gözlənilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: YAP   İclas  





Xəbər lenti