“Azneft”ə baş direktor təyin edildi

 “Azneft”ə baş direktor təyin edildi
  27 Dekabr 2019    Oxunub:4257
SOCAR-ın "Azneft" İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.
"Azneft"dən Azvision.az -a verilən məlumata görə, İB-nin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin rəisi Şahmar Hüseynov "Azneft"in baş direktoru vəzifəsinə təyin edilib.

Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib.

Azvision.az



Teqlər: Azneft  





Xəbər lenti