Bu il 776 səyyar vergi yoxlaması aparılıb

Bu il 776 səyyar vergi yoxlaması aparılıb
  27 Dekabr 2019    Oxunub:2535
Cari ilin 11 ayında 776 səyyar vergi yoxlaması aparılıb.
Azvision.az xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini bildirib ki, ölkəmizdə vergi siyasəti, o cümlədən vergi uçotunun dürüstləşdirilməsi, yoxlamaların aparılması və digər sahələrdə ciddi nailiyyətlər əldə edilib: "Səyyar vergi yoxlamaları sahəsində köklü dəyişikliklərə imza atılıb. Belə ki, əgər əvvəlki illərdə səyyar yoxlamaların sayı 10 minlərlə ölçülürdüsə, ötən il onların sayı 1532 olub".

Azvision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti