Baş Nazir qazaxıstanlı həmkarına başsağlığı verib

  27 Dekabr 2019    Oxunub : 1425
Baş Nazir qazaxıstanlı həmkarına başsağlığı verib
Azərbaycanın Baş Naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş Naziri Əskər Maminə başsağlığı məktubu göndərib.
Azvision.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Əskər Uzakpayeviç, Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqda xəbərdən olduqca kədərləndim.

Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Azvision.az

Teqlər: ƏliƏsədov   BaşNazir