Ərdoğan ilk yerli elektromobilin sükanı arxasında - VİDEO

  27 Dekabr 2019    Oxunub : 3031
 Ərdoğan ilk yerli elektromobilin sükanı arxasında - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada istehsal olunan ilk yerli elektromobilin sükanı arxasına əyləşib.
Azvision.az -ın məlumatına görə, Ərdoğan bunun tarixi hadisə olduğunu deyib.



“Bu gün ölkəmiz üçün tarixi gündür. 60 illik xəyalımız reallığa çevrilir. Uzun illərdi ki, öz avtomobilimizi istehsal etmirdik. Yüzdən çox türkiyəli mühəndis yerli texnologiyalardan istifadə edərək layihə üzərində çalışıb. Bursa əyalətinin Gemlik şəhəri rayonunda yeni zavod tikiləcək”, - deyə Ərdoğan bildirib.



Qeyd edək ki, Türkiyənin ilk elektromobilinin istehsalı üzrə layihənin investisiyası 13 il ərzində 22 milyard dollar təşkil edəcək. “Türk avtomobilləri” təşəbbüs qrupu ildə 5 modeldən ibarət 175 min avtomobil istehsal etməyi planlaşdırır.

Azvision.az

Teqlər: Türkiyə   Ərdoğan