“Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” təsdiqlənib

“Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” təsdiqlənib
  28 Dekabr 2019    Oxunub:2214
Nazirlər Kabineti “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nı təsdiqləyib.
Azvision.az xəbər verir ki, “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası” dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb və ölkə ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılmasının icra mexanizmini tənzimləyir.

Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda müəyyən olunması bu sahədəki qeyri-müəyyənliyin aradan qaldırılmasına şərait yaradacaq.

Eyni zamanda, dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməsi məqsədilə onların ekspertizasının aparılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına imkan yaradacaq və əhalinin sağlamlığının təmin edilməsinə xidmət edəcək.

Azvision.az



Teqlər: Dərman  





Xəbər lenti