Bayramda avtovağzaldan 19 min sərnişin daşınacaq

  28 Dekabr 2019    Oxunub : 1482
 Bayramda avtovağzaldan 19 min sərnişin daşınacaq
7 günlük bayram həftəsini Azərbaycanın rayonlarında, doğmalarının yanında və ya xarici ölkələrdə keçirmək istəyən şəxslər biletlərini onlayn şəkildə və satış kassalarından əvvəlcədən alırlar.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova Azvision.az -a açıqlamasında bildirib ki, 28, 29 və 30 dekabr tarixlərində avtovağzalda sərnişin sıxlığı gözlənilir.

“29 və 30 dekabr tarixlərində 17-19 min sərnişinin daşınması gözlənilir. Onlayn bilet daha çox 30 dekabr tarixi üçün satılıb. Artıq 1500 nəfər bu tarixə bilet alıb. Sərnişinlər ən çox Gəncə, Şəki, "Qırmızı Körpü" və Mingəçevr istiqamətinə bilet alıblar. Beynəlxalq istiqamətlərdə isə Tbilisi, İstanbul istiqamətinə bilet satılıb. Gecə reyslərində də aktivlik digər günlərə nisbətən daha çoxdur”.

P.Məmmədova qeyd edib ki, ötən gün Bakı avtovağzalından 11 mindən çox sərnişin daşınıb.

“Bu gün 700 nəfərdən çox sərnişin onlayn şəkildə bilet əldə edib. Amma gün ərzində kassalara yaxınlaşıb, bilet alanlar da ola bilər. Ona görə də bu gün dünənə nisbətən bilet alanların çox olacağını gözləyirik”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Avtovağzal   Bayram