“Vətəndaşların bizə müraciət etməyinə ehtiyac qalmayacaq” - Nazir

 “Vətəndaşların bizə müraciət etməyinə ehtiyac qalmayacaq” -  Nazir
  28 Dekabr 2019    Oxunub:3184
“E-sosial” portalı Azərbaycanın bütün əhalisini bizim üzərimizdə ictimai nəzarətçiyə çevirdi. Vətəndaş gündəlik olaraq orada izləyə bilir ki, sosial sığortası, əmək haqqısı, pensiyası, müavinəti və digər sosial hüquqları nə qədərdir. Bu günə qədər “E-sosial” portalının 150 min aktiv istifadəçisi var. Baxış sayı isə 1,5 milyondur.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu ilin 1 yanvar tarixindən elektron pensiya təyinatına başlanılıb:

"Bu günə qədər 15 mindən artıq şəxs öz pensiyalarını heç bir ünvana getmədən, elektron müraciət göndərmədən əldə edib. Bu il pensiyaya çıxan insanların 80 faizi elektron təyinat vasitəsilə bunu əldə ediblər. Həmçinin, müavinətlərin avtomatlaşdırılmasına başladıq. 15-ə yaxın müavinət elektron qaydada təyin edilir. Gələn il 180 min təyinatın elektron qaydada həyata keçiriləcəyini gözləyirik. Vətəndaşların bizə müraciət etməyinə ehtiyac qalmayacaq, bunu elektron qaydada əldə edəcəklər. "Məşğulluq" altsistemini yaradaraq istifadəyə verdik. "Məşğulluq" altsistemi işsiz və işaxtaran vətəndaşlarımız, habelə işəgötürənlər üçün böyük imkan yaratdı. Bu sistemdə 235 min işsiz və işaxtaran, 20 mindən artıq isə vakansiyamız var".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Nazir   SahilBabayev  





Xəbər lenti