Somalidə terror aktı: 4 Türkiyə vətəndaşı ölüb

  28 Dekabr 2019    Oxunub : 1416
 Somalidə terror aktı: 4 Türkiyə vətəndaşı ölüb
Somalinin paytaxtı Moqadişoda bomba yüklü avtomobilin partlaması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər meri Ömər Filiş ölənlər arasında yerli universitetin tələbələrinin də olduğunu deyib.

Məlumata görə, partlayış nəticəsində Türkiyədən gələn dörd mühəndis həyatını itirib. Somalidəki mənbələr isə bildirib ki, onlar partlayışın əsas hədəfi ola bilərlər.

Hələlik heç bir terror qrupu partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Xatırladaq ki, Somalidə beynəlxalq terror təşkilatı "Əl-Qaidə” ilə sıx əlaqəsi olan " Əl-Şəbab" qrupu yerləşir. Onlar Somalinin mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olurlar. Qruplaşma 2008-ci ildə ABŞ tərəfindən terror təşkilatları siyahısına daxil edilib .

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Somali   Terror