Gələn il 6 “DOST” Mərkəzi istifadəyə veriləcək

  Gələn il 6 “DOST” Mərkəzi istifadəyə veriləcək
  28 Dekabr 2019    Oxunub:7789
Bakıda üçüncü “DOST” Mərkəzi 2 aydan sonra fəaliyyətə başlayacaq.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, gələn il Quba, Sabirabad, Şəki, Bərdə, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində “DOST” mərkəzlərinin açılması işlərinə başlanılacaq.

“Ən azı 6 mərkəzin gələn il istifadəyə verilməsi gözlənilir. Əgər gələn il bu işlərə nail olsaq, onda Azərbaycanın əhali baxımından 60 faizini, ərazi baxımından 40 faizini əhatə etmiş olacağıq”.

S.Babayev, həmçinin qeyd edib ki, Bakıda ümumilikdə 5 mərkəz, regionlarda isə 26 “A” kateqoriyalı “DOST” Mərkəzi olacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev   DOST  





Xəbər lenti