AMEA-nın birinci vitse-prezidentləri məlum oldu - Yenilənib

AMEA-nın birinci vitse-prezidentləri məlum oldu -  Yenilənib
  28 Dekabr 2019    Oxunub:4900
Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında Akademiyaya birinci vitse-prezidentlər seçilib.

Azvision.az-ın məlumatına görə, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması qərara alınıb.

Humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik Isa Həbibbəyli, təbiət elmləri və dəqiq elmlər üzrə birinci vitse-prezident vəzifəsinə akademik İbrahim Quliyev seçilib.

***
Bu gün AMEA-nın illik ümumi yığıncağında Akademiyada Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsi qaldırılıb.

Azvision.az xəbər verir ki, iclasda iki birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib. Belə ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb. Namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti