Parlament seçkilərinə görə 5 375 967 bildiriş çap olunacaq

 Parlament seçkilərinə görə 5 375 967 bildiriş çap olunacaq
  28 Dekabr 2019    Oxunub:3043
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bildirişlərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib. Belə ki, 2020-ci ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.

Qeyd olunub ki, parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti