AMEA-da köməkçi ştatlar ayrılacaq

AMEA-da köməkçi ştatlar ayrılacaq
  28 Dekabr 2019    Oxunub:3062
AMEA-nın yeni nizamnaməsi Akademiyada sahibkarlıq və innovasiya fəaliyyətinin genişlənməsinə imkan yaradacaq.
Azvision.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın Ümumi yığıncağında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, yeni nizamnamə Akademiyanın bundan sonrakı fəaliyyətini də stimullaşdırmaq imkanlarına malikdir:

"Artıq bir neçə ildir ki, AMEA Rəyasət Heyətinin vəsatəti əsasında, ölkə prezidentinin razılığı və Nazirlər Kabinetinin qərarı ilə Akademiyada yeni qurumlar yaradılır. Amma bu məsələlər hüquqi cəhətdən əvvəlki Nizamnamədə öz əksini tapmayıb. Yeni Nizamnamədə elmi müəssisələrin, mərkəzlərin, sosial xidmət və xidmət mərkəzlərinin sahələrinin yaradılması və fəaliyyətlərinin stimullaşdırılması, ləğvi ilə bağlı müddəalar öz əksini tapıb".

İ.Həbibbəyli qeyd edib ki, indiyədək elmi bölmələr həm akademik katiblər, həm də həmin bölməyə kuratorluq edən vitse-prezidentlər tərəfindən idarə olunurdu. Akademiyanın yeni Nizamnaməsində isə elmi bölmələrə rəhbərlik həmin bölmələrə kuratorluq edən vitse-prezidentlərə həvalə edilib.

Vitse-prezidentlər Akademiyanın bölmələrinin sədrləri olacaqlar. Bununla əlaqədar I vitse-prezident və vitse-prezidentlərə köməkçi ştatları da ayrılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti