Məzahir Pənahov: "3 partiya namizəd irəli sürməyib”

    Məzahir Pənahov: "3 partiya namizəd irəli sürməyib”
  28 Dekabr 2019    Oxunub:4001
“Azərbaycanda 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirakla bağlı 3 siyasi partiya namizəd irəli sürməyib”.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib: “Onlardan 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb. Ancaq hələ ki, 3 siyasi partiya tərəfindən seçkilərdə iştirak etmək üçün namizədlər irəli sürülməyib. Yəqin ki, yaxın vaxtlarda həmin siyasi partiyalar da öz namizədlərini irəli sürəcəklər”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti