16 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

 16 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
  28 Dekabr 2019    Oxunub:3926
"Azərbaycanda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edənlərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, onlardan 1012 nəfəri imza vərəqələrini artıq götürüb: “Onlardan 124 nəfəri imza vərəqələrini qaytarıb, 16-sı isə qeydə alınıb. 56 nəfər seçkilərdə iştirakını dayandırıb”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti