Oqtay Gülalıyev hər iki gözünü açıb

 Oqtay Gülalıyev hər iki gözünü açıb
  29 Dekabr 2019    Oxunub:4273
Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.
Azvision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.

"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".

Xatırladaq ki, Oktay Gülalıyev oktyabrın 29-da Bakının 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da O.Gülalıyev cərrahi əməliyyat olunub. O, daha sonra Türkiyəyə yola salınıb.

Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olur.

Azvision.az



Teqlər: OqtayGülalıyev  





Xəbər lenti