ABŞ-da təyyarə qəzası - Ölənlər var

ABŞ-da təyyarə qəzası -  Ölənlər var
  29 Dekabr 2019    Oxunub:3973
ABŞ-ın Luiziana ştatının Lafayet şəhərində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 5 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, təyyarənin düşdüyü ərazidə olan 3 nəfər də xəstəxanaya yerləşdirilib. Şahidlərin bildirdiyinə görə, təyyarə ərazidən keçən elektirik naqillərinə toxunduqdan sonra qəzaya uğrayıb.

Qəzanın hansı səbəbdən baş verdiyinə dair hələlik rəsmi açıqlama verilməyib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Təyyarə   Qəza  





Xəbər lenti