Kürdəmirdə ağır qəza: Ölən və yaralı var

   Kürdəmirdə ağır qəza:    Ölən və yaralı var
  29 Dekabr 2019    Oxunub:4152
Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində rayon sakinləri İ.Rəhimovun və Aslan Xasanovun idarə etdikləri iki “VAZ-21063” markalı avtomobil toqquşub.

Nəticədə A.Xasanov hadisə yerində ölüb, İ.Rəhimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Kürdəmir  





Xəbər lenti