“DrinkART: bir fincan incəsənət” sərgisi - FOTOLAR
Qeyd olunub ki, layihənin məqsədi ətraf mühitin plastik və digər növ tullantılardan qorunması ilə yanaşı incəsənəti təbliğ etməkdir.
Layihənin ilk mərhələsində “ABAD”ın İçərişəhər etno-butiki, ADA Universiteti və “Arts Council”ın ərazilərində istifadə olunmuş plastik və karton fincanların toplanması üçün “Yaşıl ASAN”ın xüsusi konteynerləri yerləşdirilib. Toplanmış tullantılar üzərində ABADçı rəssamlar, ADA Universitetinin istedadlı tələbələri və könüllü rəssamlar müxtəlif tanınmış milli və beynəlxalq rəsm əsərlərini həmçinin də öz fantaziyalarını əks etdiriblər.
Qeyd edək ki, xeyriyyə məqsədi ilə “ASAN Məktub" layihəsi çərçivəsində uşaqların arzularını reallaşdırmaq üçün fincanlar simvolik qiymətlərə iştirakçılar tərəfindən əldə edilib.
Xatırladaq ki, “DrinkART: bir fincan incəsənət” layihəsi davam edir. Üzərində rəsm çəkilmiş fincanları İçərişəhərdə yerləşən “ABAD” etno-butikində əldə edərək “ASAN Məktub” layihəsinə dəstək ola bilərsiniz.
Azvision.az