Gömrükdən gizli yolla "İphone" keçirmək istədi

Gömrükdən gizli yolla "İphone" keçirmək istədi
  29 Dekabr 2019    Oxunub:2486
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama nəticəsində nəqliyyat vasitəsinin ön oturacaqlarının altındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən 7 ədəd üzərində "İphone 11 Pro Midnight Green 64 GB" yazılan və 4 ədəd üzərində "İphone 11 Pro Midnight Green 256 GB" yazılan mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük  





Xəbər lenti