Milli Parkda daha iki bala bəbir qeydə alınıb- VİDEO
Qeyd edək ki, son illər ərzində Zəngəzur Milli Parkında altı bəbir balası müşahidə olunub.
Sevindiricidir ki, görülən mühafizə tədbirləri nəticəsində Azərbaycan ərazisində nadir fauna növü olan bəbirlərin sayı artır.
Xatırladaq ki, 2012-ci ildən bugünədək aparılan monitorinqlər zamanı Zəngəzur Milli Parkında 13, Hirkan Milli Parkında isə 9 bəbir qeydə alınıb.
Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.
Azvision.az
Teqlər: Bəbir