Rüstəm Minnixanov Prezidenti təbrik edib

  29 Dekabr 2019    Oxunub : 1657
Rüstəm Minnixanov Prezidenti təbrik edib
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Azvision.az -ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ali dövləti vəzifənizdə Sizə səmimi qəlbdən daim coşqun fəaliyyət, Azərbaycan Respublikasının hərtərəfli dinamik inkişafına və firavanlaşmasına yönəlmiş bütün təşəbbüslərinizin həyata keçməsində uğurlar arzulayıram. Qoy xalqınızın dəstəyi Sizin yorulmaz səmərəli fəaliyyətiniz üçün çox etibarlı zəmin olsun.

Xoş fürsətdən istifadə edərək, Tatarıstan ilə Azərbaycan arasında əməkdaşlığın potensialını artırmaq və qarşılıqlı fəaliyyət istiqamətlərini genişləndirmək səylərimizi bir daha vurğulamağa şadam. Ümidvaram ki, qardaş xalqlarımız arasında ənənəvi möhkəm əlaqələr bundan sonra da qarşılıqlı faydalı Tatarıstan-Azərbaycan layihələrinin həyata keçirilməsində həlledici amil olacaq, eləcə də Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının möhkəmlənməsinə səmərəli xidmət edəcək".

Azvision.az

Teqlər: İlhamƏliyev   Prezident   Təbrik