Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
  29 Dekabr 2019    Oxunub:2244
Dekabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Sonra dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar cari məsələlərə baxılıb. Komissiyanın iclası kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Azvision.az



Teqlər: MSK  





Xəbər lenti