Diaqnostik qiymətləndirilmənin nəticələri məlum olub

Diaqnostik qiymətləndirilmənin nəticələri məlum olub
  30 Dekabr 2019    Oxunub:3363
Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Azvision.az -ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, 24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilib.

Ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti