Sabah Bakıda atəşfəşanlıq olacaq

 Sabah Bakıda atəşfəşanlıq olacaq
  30 Dekabr 2019    Oxunub:2480
Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Azvision.az -a verilən məlumata görə, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatı işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

BŞİH sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka dəvət edir.

Azvision.az



Teqlər: Bakı   Atəşfəşanlıq  





Xəbər lenti