Nazir müavini beynəlxalq təşkilatda yüksək vəzifəyə təyin olundu

   Nazir müavini beynəlxalq təşkilatda yüksək vəzifəyə təyin olundu
  30 Dekabr 2019    Oxunub:8020
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsinə təyin olunub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Ficinin paytaxtı Suva şəhərində yerləşən BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi regiondakı 22 ölkədə layiqli əməyin təşviqinə, hökumətlər, həmkarlar təşkilatları və sahibkarlar təşkilatları ilə tərəfdaşlığın inkişaf etdirilməsinə, məşğulluq və sosial müdafiə sahələrinə aid olan BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına, eləcə də regionda BƏT-in mandatından irəli gələn digər məsələlərə məsuldur.

2020-ci ilin yanvar ayının sonunda yeni vəzifəsində fəaliyyətə başlayacaq Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşı olacaq.

Qeyd edək ki, Mətin Kərimli 2014-cü ilin fevral ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışır.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti