“7 ildə bir dəfə də olsun neqativ halla bağlı şikayət daxil olmayıb” - Ülvi Mehdiyev

  30 Dekabr 2019    Oxunub : 4226
“7 ildə bir dəfə də olsun neqativ halla bağlı şikayət daxil olmayıb” - Ülvi Mehdiyev
"Şikayətlər daha çox texniki xarakterlidir. 7 il ərzində bir dəfə də olsun "ASAN xidmət"də hansısa neqativ halla bağlı, korrupsiya və ona şərait yaradan halla bağlı, eləcə də kobud davranışla, bürokratik əngəllə əlaqədar heç bir şikayət daxil olmayıb".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev deyib.

Dövlət Agentliyinin sədri bildirib ki, Bakı, Gəncə və Sumqayıtda növbənin çox olması ilə bağlı əsaslı şikayətlər daxil olur: "Bakı, Gəncə və Sumqayıtda 2020-ci ildə yeni "ASAN xidmət" mərkəzlərinin tikintisinə başlanılacaq. Bununla da növbə problemi məsələsi həll olunacaq".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ÜlviMehdiyev   ASANxidmət