Sabirabad sakini Sumqayıtda itkin düşüb - FOTO

  30 Dekabr 2019    Oxunub : 1110
Sabirabad sakini Sumqayıtda itkin düşüb - FOTO
Sabirabad rayonunun Mürsəlli kənd sakini, 1977-ci il təvəllüdlü Əjdər Hüseynov Sumqayıt şəhərində itkin düşüb.
Bu barədə Azvision.az -a onun yaxınları məlumat verib.

Bildirilib ki, Əjdər Süleymanov qonaq olduğu Sumqayıt şəhəri 37 saylı məhəllədə yerləşən evdən günorta saatlarında çıxıb və bir daha geri qayıtmayıb. Ə. Hüseynov əqli qüsurludur.

O, evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara cins şalvar və sviter olub. Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri və (050) 487-08- 03 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.



Azvision.az

Teqlər: Sumqayıt   İtkin   Sakin   Məhəllə   Kişi