DMX qaçqın statusu alan ailələrin uşaqlarını sevindirdi - FOTOLAR

   DMX qaçqın statusu alan ailələrin uşaqlarını sevindirdi -    FOTOLAR
  30 Dekabr 2019    Oxunub:2812
Dövlət Miqrasiya Xidmətində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycanda qaçqın statusu almış ailələrin uşaqlarının və Xidmət əməkdaşlarının övladlarının iştirakı ilə tədbir keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, tədbir gələcəyimiz olan uşaqlar arasında dostluq və qardaşlıq bağlarının qurulmasına, qaçqın ailələrin övladlarının cəmiyyətə inteqrasiyasına, yeni dostlar qazanmasına, həmyaşıdlar arasında səmimi ünsiyyət qurulmasına töhfə olub.



Miqrasiya Könüllülərinin iştirakı ilə keçirilən tədbirdə Yeni ilin əvəzolunmaz personajları Şaxta baba və Qar qız, sevimli nağıl qəhrəmanlarının maraqlı çıxışları, eləcə də alov və şar şousu, “face art” və digər əyləncələr uşaqlara xoş bayram əhval-ruhiyyəsi yaşadıb.



Tədbirdə Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Turan Cahangirova da iştirak edib. Sonda xatirə şəkilləri çəkilib.


























Azvision.az



Teqlər: DMX  





Xəbər lenti