Bu il 279 min nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb

  30 Dekabr 2019    Oxunub : 1077
 Bu il 279 min nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb
"Cari ildə 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib. Müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb".

Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin bu gün keçirilən geniştərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən 21 min nəfər hospitalizə olunub, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub, 99 mindən çox insan sağlamlaşdırılaraq dispanser qeydiyyatdan çıxarılıb:

"Ümumilikdə 2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Cari ildə 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib. İl ərzində uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülmüş, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub".

Azvision.az

Teqlər: Səhiyyə   2019