Cari ildə 337 həkim işə qəbul olunub

 Cari ildə 337 həkim işə qəbul olunub
  30 Dekabr 2019    Oxunub:1660
2018/2019-cu tədris ilində rezidenturanı 30 ixtisas üzrə 302 həkim-mütəxəssis bitirib ki, onlardan 266 nəfər iş yerlərinə göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin geniştərkibli kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 2019-ci ildə həkimlərin mərkəzləşdirilmiş işə qəbulu nəticəsində 337 həkim işə qəbul olunub ki, bunlardan 176 nəfər respublikanın bölgələrinin şəhər, rayon və kəndlərinin səhiyyə müəssisələrinin vakant həkim vəzifələrinə işə qəbul olunub.

Cari tədris ilində 16560 həkim və 8964 orta tibb işçisi təkmilləşdirmə kurslarından keçib, 4654 həkim və 7697 orta tibb işçisi sertifikat alıb, eyni zamanda 24 ixtisas üzrə 247 müdavim peşə hazırlığı kurslarında iştirak edib.

Bundan əlavə, 2019-cu ildə akkreditasiya edilən tədbirlərin sayı 260-dək artıb.

İlkin səhiyyə sistemi səviyyəsində həkim və orta tibb işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “İlkin səhiyyə xidmətinin göstərilməsi Qaydaları” hazırlanıb. Qaydalarda ailə həkimi ixtisası üzrə kadr hazırlığına xüsusi diqqət yetirilib.

Azvision.az


Teqlər: Həkimə   Səhiyyə  





Xəbər lenti