Azərbaycanda 1717 uşaq şəkər xəstəsidir

 Azərbaycanda 1717 uşaq şəkər xəstəsidir
  30 Dekabr 2019    Oxunub:2217
Hazırda Azərbaycanda “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı uğurla icra olunur. Proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb.
Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin geniştərkibli kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlardan 1717 nəfəri 18 yaşadək olan uşaqlardır, 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən aslı olanlardır.

Bu xəstələrin şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan qaldırılıb. Qeydiyyatda olan xəstələr 2019-cu il ərzində 160 117 ədəd qlukometr aparatı, 581 680 qutu striplə təmin edilib. Bütün uşaqlar insulin analoqları-şpris qələmlərlə və özünənəzarət vasitələri ilə təmin edilirlər.

Azvision.az



Teqlər: Şəkərlidiabet   Xəstəlik  





Xəbər lenti