Bir qrup şəhid ailəsi və Qarabağ əlili yeni mənzillərlə təmin edilib
Mənzillərin təqdim edilməsi zamanı vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən mənzillərin, fərdi evlərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artırılır. 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil və fərdi ev təqdim edilib.
2019-cu ildə isə bundan 50 faiz çox olmaqla, 934 mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilib. İndiyədək isə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib.
Azvision.az
Teqlər: ƏƏSMN Qarabağ Əlil Mənzil