İlham Əliyev Rusiyaya səfər edəcək

 İlham Əliyev Rusiyaya səfər edəcək
  30 Dekabr 2019    Oxunub:4543
Prezident İlham Əliyev Böyük vətən müharibəsində qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibəsində deyib.

"Gələn il 9 Mayı Moskvada keçirməyi planlaşdırıram. Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət aldım. Ümumiyyətlə, bayramı Bakıda müharibə veteranları ilə birlikdə qeyd edirəm, amma bu dəfə mən 5 il əvvəl olduğu kimi Moskvada olacağam", - deyə Prezident bildirib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti