İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə təsdiqlənib

İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə təsdiqlənib
  30 Dekabr 2019    Oxunub:2620
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, fərmanla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə” təsdiq edilib.

Fərmanla “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340; 2018, № 10, maddə 2010, № 11, maddə 2287, № 12 (I kitab), maddə 2603; 2019, № 4, maddə 644, № 6, maddə 1031) 1-ci və 2-ci hissələri ləğv edilib.

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələrinin layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.

Azvision.az


Teqlər: Nazirlik   Əsasnamə  





Xəbər lenti