Cəlilabadda ev yanıb, xəsarət alan var

Cəlilabadda ev yanıb,    xəsarət alan var
  31 Dekabr 2019    Oxunub:2050
Cəlilabad rayonunun Günəşli kəndində ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti