General müalicə alan hərbi qulluqçuları ziyarət edib

  31 Dekabr 2019    Oxunub : 1638
General müalicə alan hərbi qulluqçuları ziyarət edib
Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Nazirlikdən Azvision.az -a verilnə məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın binasında ucaldılan büstü önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.

General-mayor N.Əliyev hospitalın tibb heyəti və orada müalicə olunan hərbi qulluqçularla görüşərək onlara Müdafiə nazirinin bayram təbriklərini çatdırıb, müalicə prosesi ilə maraqlanıb və bayram sovqatları təqdim edib.

Azvision.az

Teqlər: Hospital   Hərbçi