Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edildi

Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edildi
  31 Dekabr 2019    Oxunub:8508
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında dekabrın 23-də baş tutan bələdiyyə seçkiləri ilə əlaqədar müraciətlərə baxılıb.
Azvision.az xəbər verir ki, iclasda 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib.

Bildirilib ki, MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb. MSK üzvlərinin müzakirəsindən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermə nəticəsi ləğv edilsin.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bu iki məntəqənin nəticələri ləğv edildiyindən Ağdaş bələdiyyəsi üzrə səsvermənin nəticəsi etibarsız hesab olunub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: MSK   Bələdiyyə   Seçki  





Xəbər lenti