77 nəfərin deputatlığa namizədliyi qeydə alındı

 77 nəfərin deputatlığa namizədliyi qeydə alındı
  31 Dekabr 2019    Oxunub:4139
9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, indiyə qədər 2097 nəfər müraciət edib: “Onlardan 1782 nəfərin müraciəti təsdiq olunub. Namizədlərin 452 nəfəri 19 siyasi partiya, 12 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb".

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 1535 nəfəri artıq imza vərəqələrini götürüb, 290 nəfər isə imza vərəqini qaytarıb: “77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa namizədliyi qeydə alınanlardan 7-i siyasi partiya üzvüdür”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: MSK   Parlament   Seçki  





Xəbər lenti