Bu gecə bəzi marşrutlar səhərədək işləyəcək

  31 Dekabr 2019    Oxunub : 995
Bu gecə bəzi marşrutlar səhərədək işləyəcək
Bu gecə Sumqayıt, Xırdalan və Masazıra işləyən avtobuslar səhərədək fəaliyyət göstərəcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Azvision.az -a bildirib ki, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı hər marşrut xəttinə uyğun ehtiyata bir avtobus sərnişinlərə xidmət edəcək:

“Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.

Azvision.az

Teqlər: Avtobus