Bakıda qanunsuz parklanmaya qarşı nəzarət artırılıb

 Bakıda qanunsuz parklanmaya qarşı nəzarət artırılıb
  31 Dekabr 2019    Oxunub:3017
Bakı Nəqliyyat Agentliyi (BNA) bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.
Azvision.az xəbər verir ki, bunu agentliyin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, Dənizkənarı Milli Parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur:

"Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə işıqforların vaxt planlanmasında dəyişiklik edilib. Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb".

Azvision.az



Teqlər: BNA   Yol   Agentlik  





Xəbər lenti