Metroda pirotexniki vasitə atan şəxslər saxlanılıb

  Metroda pirotexniki vasitə atan şəxslər saxlanılıb
  01 Yanvar 2020    Oxunub:3559
Xəbər verdiyimiz kimi, bu gün saat 18:40 radələrində Bakı metrosunun "28 May" stansiyasında qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb. Fasiləyə səbəb həmin stansiyada qatar yoluna pirotexniki vasitənin atılması olub.
Azvision.az -ın məlumatına görə, qatar yoluna pirotexniki vasitəni atan şəxslər 1998-ci il təvəllüdlü Yardımlı rayon sakini Vüqar Hüseynli, 1996-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Vüqar Abbasov, 1998-ci il təvəllüdlü Zəngilan rayon sakini Rövşən Məmmədovdur. Hər üç şəxs Yeni ili polis şöbəsində qarşılamalı olacaqlar.

"Bakı Metropoliteni" sərnişinlərə müraciət edib ki, metroda istifadə qaydalarına əməl etsinlər. Əks təqdirdə Polis Şöbəsi müvafiq tədbirlər görəcək.

Azvision.az



Teqlər: Metro  





Xəbər lenti