Bu gündən pensiya, müavinətlər və maaşlar artır

Bu gündən pensiya, müavinətlər və maaşlar artır
  01 Yanvar 2020    Oxunub:5656
Bu gündən Azərbaycanda pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşları artır.
Azvision.az xəbər verir ki, pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq.

Artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir. Belə ki, orta aylıq pensiya 250 manat təşkil edirsə, il ərzində bu rəqəm 300 manata çatacaq.

Hazırda ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək. Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.

Azvision.az



Teqlər: Pensiya   Maaş   Müavinət  





Xəbər lenti