Gədəbəydə 2 maşın toqquşub, ölən və yaralılar var

  01 Yanvar 2020    Oxunub : 2022
Gədəbəydə 2 maşın toqquşub, ölən və yaralılar var
Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dekabrın 31-də saat 12 radələrində Gədəbəy rayonunun Yenikənd kəndi ərazisində Qurudərə kənd sakini İ.İsmayılzadənin idarə etdiyi “Volkswagen” və şəhər sakini Fərman Həsənovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub.

Nəticədə hər 2 sürücü, İ.İsmayılzadənin 1 sərnişini, habelə F.Həsənovun 2 sərnişini xəstəxanaya yerləşdirilib. F.Həsənov orada ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza