4701 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib
Dekabrda Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 1, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 7, Dövlət Sərhəd Xidmətindən (DSX) - 4, rayon polis şöbələrindən 2 və rayon icra hakimiyyətindən (RİH) - 1 müraciət daxil olub (cəmi: 15 çağırış). Müraciətlər əsasında 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağstafa, Füzuli, Xızı, Lənkəran, Tərtər, Tovuz rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 6 381 kv.m ərazi yoxlanılıb, 22 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi: 23 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Agentlik tərəfindən 2019-cu il ərzində 9 059 900 kv.m (906 ha) ərazi yoxlanılıb, 4 637 ədəd partlamamış hərbi sursat (PHS), 32 ədəd piyada əleyhinə mina və 32 ədəd tank əleyhinə mina (cəmi: 4 701 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Azvision.az
Teqlər: ANAMA