Təcili Tibbi Yardım gücləndirilmiş iş rejiminə keçib

Təcili Tibbi Yardım gücləndirilmiş iş rejiminə keçib
  01 Yanvar 2020    Oxunub:1819
Bu gündən etibarən bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub və bütün çağırışlar vaxtında yerinə yetiriləcək.

Bununla yanaşı, TƏBİB rəhbərliyi yerlərdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarında olaraq işin təşkili ilə tanış olub və öz tapşırıq və tövsiyələrini verib.

Azvision.az



Teqlər: Təcili-Yardım  





Xəbər lenti